"Sumqayıt" hesabda öndə
Misli Premyer Liqasında 31-ci tur davam edir.
Sportline.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib.
İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkir. Sona 3 tur qalmış Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “Sumqayıt” isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. “Sumqayıt” rəqibini 3:2, “Araz-Naxçıvan” isə 1:0 hesabı ilə məğlub edib.
9 may
19:30. “Sumqayıt” - “Araz-Naxçıvan” - 1:0 (İkinci hissə)
Qol: Aleksandr Ramalinqom, 45+2
Baş hakim: Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Qəbələ” - “Qarabağ” - 1:1
Qollar: Kadi Borqes, 29 (0:1), İsmael Akinade, 57 (1:1)
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
10 may
17:00. “Turan Tovuz” - “Karvan-Yevlax”
19:30. “Neftçi” - “Şamaxı”
8 may
“İmişli” - “Zirə” - 0:0
“Sabah” - “Kəpəz” - 0:1

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol