"Sumqayıt" - "Qəbələ" görüşünün vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının XI turundan təxirə salınmış “Sumqayıt” – “Qəbələ” matçının tarixi bəlli olub.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 30-da olacaq.

"Kapital Bank Arena"da keçirilləcək oyunun start fiti 16:00-da səslənəcək.

Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan matç bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.