"Sumqayıt" Türkiyədə
Hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşmüş "Sumqayıt" artıq Antalyadadır.
SportLine klubun saytına istiadən xəbər verir ki, yerli saatla 18:30-da Antalya Beynəlxalq Hava Limanına çatan komanda ardınca Side bölgəsində yerləşən "The Sense De Luxe" Hotelinə yollanıb.
Qeyd edək ki, baş məşqçi Samir Abasovun planına əsasən "Sumqayıt" sabah hazırlığa start verəcək və komanda günü 2 məşq əsasında başa vuracaq.