"Sumqayıt"da yeni müqavilə

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt"daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Sportline.az xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayev növbəti mövsümdə də bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2019-cu ildən bu komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb.

O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin uğurları üçün çalışıb.