"Sumqayıt"dan 21-ci əsrin antirekordu

“Sumqayıt” Misli Premyer Liqasının 2025/26 mövsümündə 5-ci dəfə penaltidən yararlanmayıb.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. “Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə 21-ci əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/02 mövsümündə 5, “Qarabağ” 2020/21, “Sabah” isə 2022/23 mövsümündə eyni sayda – 9 imkandan dördündən istifadə edə bilməyib. “İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.