"Sumqayıt"ın yeni baş məşqçisi açıqlandı
"Sumqayıt" klubunun yeni baş məşqçisi məlum olub.
Sportline.az xəbər verir ki, komanda Samir Abasova tapşırılıb.
44 yaşlı mütəxəssisin müqaviləsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.
O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.
Qeyd edək ki, Samir Abasov 2015 - 2018-ci illərdə "Sumqayıt"ı çalışdırıb.