"Sumqayıt"ın əsas heyətinə 5 yeni oyunçu cəlb olundu

"Sumqayıt" Premyer Liqanın 2-ci dövrəsi üçün hazırlığını davam etdirir. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandz bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. 

U-21-in düşərgəsində yer alan Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyevlə yanaşı zədəli olan Bəxtiyar Həsənalızadə hazırlıq prosesində iştirak eməyib. Əvəzedici komandanın 5 üzvü isə bu müddət ərzində komanda ilə birlikdə çalışıb.

Qeyd edək ki, "Sumqayıt" 2-ci dövrənin ilk turunda oktyabrın 14-də öz meydanında "Qəbələ"ni qəbul edəcək.