"Sumqayıt"ın futbolçusu zədələndi
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sumqayıt" matçında qonaq komanda erkən dəyişikliklə üzləşib.
Sportline.az xəbər verir ki, "Sumqayıt"ın fransalı yarımmüdafiəçisi Nsana Simon qarşılaşmanın 32-ci dəqiqəsində zədələnib. Onu Sedrik Badolo əvəzləyib.
Qeyd edək ki, hazırda Tovuz şəhər stadionunda davam edən qarşılaşmada meydan sahibləri hesabda öndədir.