"Sumqayıt"ın legioneri sıradan çıxıb

"Sumqayıt”ın müdafiəçisi Keffel Resende mövsümün qalan hissəsini kənardan izləyə bilər.  

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"ə qarşı oyunda (1:2) zədələnib və 11-ci dəqiqədə əvəzlənib. 

Onun sağalması ən azı bir həftə çəkəcək. Keffelin sonradan komandaya qoşulması və meydanlara isə nə vaxt qayıtması sual altındadır.

Futbolçu böyük ehtimalla mövsümün qalan hissəsini buraxmalı olacaq.