"Sumqayıt"ın yubiley qələbəsi
“Sumqayıt” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.
Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 29-cu turuna təsadüf edib. “Gənclik şəhəri” təmsilçisi “İmişli” ilə görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Yubiley qələbəsi 233-cü səfər matçına təsadüf edib. “Sumqayıt” turnirin tarixində rəqib meydanında ən azı 50 və daha çox qələbə qazanan 12-ci komanda olub və bu göstəricidə “Şəmkir”ə çatıb.
Sumqayıtın eyniadlı təmsilçisinin ilk səfər qələbəsi 2011/12 mövsümünə təsadüf edib. Komanda 2011-ci il noyabrın 5-də “Qarabağ”a qalib gəlib – 2:1.