Super kubok görüşünün vaxtı açıqlandı
Futbol üzrə İngiltərə super kubokunun vaxtı açıqlanıb.
Sportline.az xəbər verir ki, “Mançester Siti” ilə “Lester Siti” arasında “Uembli” stadionunda keçiriləcək oyun avqustun 7-də olacaq.
Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının, “Lester Siti” isə ölkə kubokunun son qalibidir.