"Superbet Chess Classic": Məmmədyarov "sülh bağladı"

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində bu gün növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Qarşılaşma 37-ci gedişdə heç-heçə yekunlaşıb.

Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub. 

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən il keçirilən turnirin qalibi olub.

Superbet Chess Classic"
II tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE) 0:1
Leyner Dominges (ABŞ) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Uesli So (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Daniel-Boqdan Dyak (Rumıniya) - Levon Aronyan (ABŞ) 0,5:0,5