Taekvondoçularımızdan 6 qızıl medal

Hollandiyanın Eyndhoven şəhərində "Dutch Open” beynəlxalq turniri başa çatıb. Sportline.az xəbər verir ki, G1 kateqoriyalı yarışın son günündə gənc və böyüklərdən ibarət seçmə komandalarımız daha 5 medal qazanıb. 45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçu Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və olimpiya çempionu Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçu Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla bitirib.

Qeyd edək ki, yarışın ilk günündə böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olub. Beləliklə, idmançılarımız iki gün davam edən beynəlxalq turnirdə 6 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 10 medala layiq görülüblər.