Taekvondoçumuzdan bürünc medal
Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi davam edir. Azərbaycan Taekvondo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, 16 noyabrda başlanan mundialda gənc seçməmiz 14 idmançı ilə təmsil olunur.
102 ölkədən 846 gənc taekvondoçunun mübarizəyə qatıldığı yarışın ilk günü komandamız bürünc medal əldə etməyi bacarıb. Baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən 45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli yarımfinala kimi (Nikolas Delaye 14:0, Omar Şarakı 7:1, Rabil Sagitzanov 14:4) inamla irəliləsə də, finala adını yazdıra bilməyib. İdmançımız mötəbər yarışı bürünc medalla tamamlayıb.