Tanınmış azərbaycanlı blogger döyüşə hazırlaşır

Sosial şəbəkələrdə xeyli məşhur olan Ruslan Aslanov yenidən rinqə çıxacaq. Hazırda Ruslan məşq prosesslərinə start verib.

Sportline.az xəbər verir ki, Hell Boxing kings turniri bu ilin noyabr ayında Bakıda təşkil olunacaq. Xatırladaq ki, ötən il anoloji yarışlara Badapeşt ev sahibliyi etmişdi.

Hər il kişilər və qadınlar arasında yalnız yüngül və mütləq çəkilərdə keçirilən bu yarışlar boks sevərlərin böyük marağına səbəb olur.

Ötən il Budapeşt turnirində özündən 30 kq ağır çəkidə Xorvatiyalı Filip Kar ilə qarşılaşan həmyerlimizin inamlı çıxışı bugünədək təşkilatçılar tərəfindən xüsusi qeyd olunur. İstər çəki, istər sə də boyda rəqibindən xeyli üstün olan xorvatiyalı boksçunun qələbəsi mütəxəsisslər tərəfindən şübhəli və hakimlərin ədalətsiz qərarı kimi qarşılansa da bu hadisə Ruslanı ruhdan salmayıb.

Əksinə, turnirin ən baxımlı döyüşünün iştirakçısı olaraq təşkilatçılar tərəfindən yenidən yarışlara dəvət alıb. Ruslan hazırda TikTok platformasında maraqlı kontentləri ilə sevilir. Əminik ki, noyabrda boksçunun inamlı qələbəsi hamımızı sevindirəcək. Uğur