"Tata Steel Masters": Məmmədyarov "sülh"ü pozmadı
Niderlandın Veyk an Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri davam edir.
Sportline.az xəbər verir ki, yarışda 3-cü turun görüşləri baş tutub. İlk iki turda Rusiya təmsilçiləri Daniil Dubov və Andrey Yesipenko ilə heç-heçə edən 36 yaşlı qrossmeysterimiz bu dəfə ev sahibi ölkənin şahmatçısı Aniş Giri ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov yenə rəqibi ilə xalı yarı bölüb. "Sülh" partiyanın 21-ci gedişində qeydə alınıb.
Turun daha 2 dueli də heç-heçə yekunlaşıb. Santoş Vidit Qudjarati (Hindistan) Daniil Dubovu, Yorden Van Forest (Niderland) Rameşbabu Praqnanandxanı (Hindistan), Andrey Yesipenko Sergey Karyakini (Rusiya), Rixard Rapport (Macarıstan) Nils Qrandeliusu (İsveç) məğlub edib.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
III tur
Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Daniil Dubov (Rusiya) - Vidit Santoş Qudjarati (Hindistan) 0:1
Yorden Van Forest (Niderland) - Rameşbabu Praqnanandxa (Hindistan) 1:0
Andrey Yesipenko (Rusiya) - Sergey Karyakin (Rusiya) 1:0
Nils Qrandelius (İsveç) - Rixard Rapport (Macarıstan) 0:1
Fabiano Karuana (ABŞ) - Sem Şenklend (ABŞ)
Xal durumu: Qudjarati - 2,5, Duda, Karlsen, Rapport, Yesipenko, Van Forest - 2, Məmmədyarov - 1,5, Karyakin, Karuana, Praqnanandxa, Giri, Dubov -1, Qrandelius, Şenklend - 0,5.