Tayson Usikin ultimatumuna cavab verdi

Ağır çəkili britaniyalı boksçu Tayson Fyuri onu döyüşə səsləyən ukraynalı Aleksandr Usikin ultimatumuna cavablandırıb.

Sportline.az xəbər verir ki, sözügedən döyüşün əvvəlcə dekabrın 23-nə planlaşdırılmışdı.

Amma Fyurinin Frensis Nqanna ilə çətin qarşılaşmasından sonra Usiklə görüşün bir qədər gec tarixə salınması qərara alınıb.

Səbəb isə Fyurinin dekabrın 23-dək tam hazır ola bilmyəcəyidir.

Bundan narazı qalan Usik Fyurini məhs əvvəlcədən planlaşdırılmış tarixdə döyüşməyə səsləyib.

Britaniyalı boksçu Boxing King Media-da rəqibin ultimatumunu belə cavablandırıb: "Bir az istirahət edib idman zalına qayıdacağam. Hazır ol, Usik! Qarşıda bizi ən yaxşı döyüşlərdən biri gözləyir".