Ten Haq "Mançester Yunayted"lə belə vidalaşdı
Erik ten Haq "Mançester Yunayted" azarkeşləri ilə vidalaşıb.
Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis düşüncələrini sosial şəbəkə hesabında belə ifadə edib: "Klubu daim dəstəklədiyiniz üçün sizə minnətdaram. Məhz sizin sayənizdə "Old Trafford"da həmişə möhtəşəm atmosfer olub. Dəstəyinizi səfər matşlarında da hiss etmişəm. Siz məni ilhamlandırmısınız, özümü yalnız hiss etməyimə imkan verməmisiniz. Buna görə, sizə dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən "Mançester Yunayted"i çalışdırırdı.
Onun rəhbərliyi ilə komanda İngiltərə kuboku və Liqa kubokunun qalibi olub.