Ten Haq zədəli Leni Yoro haqqında danışıb

"Mançester Yunayted"in baş məşqçisi iyulda zədələnən müdafiəçi Leni Yoro ilə bağlı sualları cavablandırıb.

Sportline.az jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, niderlandlı mütəxəssis oyunçu haqqında bu fikirləri səsləndirib.

"Leni Yoronun durumu yaxşıdır. Onun reabilitasiyasının düzgün istiqamətdə getməsi son dərəcə sevindiricidir. Mən onu tezliklə meydanda görmək istəyirəm. Onun komandaya çox xeyri dəyəcək" deyə Ten Haq açılamasında bildirib.

Qeyd edək ki, yayda "Lill"dən heyətə cəlb edilən Yoro komanda ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Oyunçunun hazırki transfer dəyəri 50 milyon avrodur.