Ter Ştegen "Barselona"dan ayrılmaq istəmir
"Barselona"nın almaniyalı qapıçısı Mark Andre Ter-Ştegen klubdan ayrılmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Təcrübəli kiper ən azı 1 ildə "Barselona"da qalmaq fikrindədir.
Qeyd edək ki, Ter Ştegenin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.