Tərlan Əhmədovun yeni köməkçisi müəyyənləşdi
"Neftçi” klubunda baş məşqçi Tərlan Əhmədovun köməkçisi vəzifəsinə yeni təyinat olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifə Mehman Babayevə tapşırılıb.
M.Babayev bunadək "Binə" klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.