Təxirə salınan oyunların vaxtı açıqlandı
Azərbaycan 1-ci divizionunun 14-cü turunda təxirə salınmış iki görüşün vaxtı açıqlanıb.
Sportline.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyun martın 28-də keçiriləcək.
28 mart (bazar)
15:00.“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)
15:00.MOİK – “Kəpəz”
Binə qəsəbə stadionu
Qeyd: Azərbaycan milli komandalarının heyətində çox sayda oyunçusu olan “Sabah” klubunun rəsmi müraciətini, Əsasnaməni və “Keşlə”nin rəsmi razılıq məktubunu nəzərə alan PFL “Sabah-2” – “Keşlə-2” oyununu 28 aprel tarixinə təxirə salıb.