Təxirə salınmış oyunların hakimləri bilindi

Futbol üzrə Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış oyunlara hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, “Neftçi” və “Sumqayıt” klublarının əvəzedici komandalarının oyunu Rəvan Həmzəzadəyə tapşırılıb.

MOİK - “Kəpəz” oyununda isə ədaləti Kamranbəy Rəhimov qoruyacaq.

 

I Divizion

XIV turun oyunları

28 mart

 

“Neftçi-2” – “Sumqayıt-2”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Kərim Zeynalov, İnqilab Məmmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Neftçi”nin təlim-məşq mərkəzi (4-cü meydança), 15:00

 

MOİK – “Kəpəz”

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

Binə qəsəbə stadionu, 15:00.