Teymur Rəcəbov: "Çempionlar Turu mənə xoş anlar yaşatdı"

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda ikinci mövsümün başlayacağı tarix açıqlanıb.

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, turnir 2022-ci ilin fevralında start götürəcək.

Onlayn yarışın ilk mövsümündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu yeri tutub. Çempionlar Turunun qalibi isə Maqnus Karlsen olub.

Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında göstərdiyi nəticədən məmnun olduğunu söyləyib: "Mənim üçün çətin il oldu. Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı. Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".