Teymur Şəhriyarı məğlub etdi
Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 8-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, bu turda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib. Görüş Rəcəbovun 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalib gəlib.