Ticani Reynders “zadəgan” olmağa hazırlaşır

“Milan” klubunun niderlandlı futbolçusu Ticani Reynders karyerasını “Çelsi”də davam etdirə bilər.

Sportline.az “Calciomercato” qəzetinə istinadən xəbər verir ki, “Çelsi” Ticani Reynders üçün “Milan”a 40 milyon avro ödəməyə hazırdır.

London klubunun rəhbərliyi “Milan”la danışıqlara başlayıb.

Qeyd edək ki, Reyndersin “Milan”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.