Tokio-2020: Daha bir cüdoçumuz çıxışını başa vurdu

Bu gün daha bir cüdoçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Sportline.az xəbər verir ki, 100 kq-dək çəki dərəcəsindəki təmsilmiz Zelim Kotsoyev 1/16 final görüşündə fransalı Aleksandr İddiri ilə qarşılaşıb. İdmançımız bu görüşdə vazari xalı ilə qələbə qazanıb. 

Onun 1/8 final cəhdi isə uğursuz olub. Kotsoyev bu mərhələdə Kanada təmsilçisi Şadi Elhanasa ippon fəndiylə uduzaraq, mübarizəni erkən dayandırıb.