Tokio-2020: Rüstəm Orucov da mükafatsız qaldı

Cüdoçumuz Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 73 kq-dək çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb.

Dünya çempionuna məğlub olan Orucov yarışı mükafatsız başa vurub.

Qeyd edək ki, Rüstəm Orucov 2016-cı il Rio olimpiadasının gümüş mükafatçısıdır.