Toni Kross karyerasını bitirir

"Real"ın və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuracaq.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenbuq "X" sosial şəbəkəsində məlumat yayıb.

Kross 2014-cü ildən Kral klubunun şərəfini qoruyur. 34 yaşlı futbolçu bu müddət ərzində çıxdığı 463 oyunda 28 qol və 98 asistlə yadda qalıb.

Toni Kross bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 45 oyunda 1 qol vurub, 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Almaniyada keçiriləcək AVRO 2024 turniri iyunun 14-də başlayacaq.