Topaz Premyer Liqasında rekord təkrarlandı

Topaz Premyer Liqasında ötən gün yekunlaşan 12-ci tur məhsuldarlığı ilə seçilib. SportLine.az xəbər verir ki, 4 oyunda ümumilikdə 13 qol vurulub. Bu, mövsümdə ikinci dəfə qeydə alınır.

Çempionatın açılış turunda da komandalar belə məhsuldarlıqla yadda qalmışdı. 

Xatırladaq ki, 12-ci turda iki oyunda 5 ("Kəpəz" - "Səbail" - 2:3; "Neftçi" - "Qəbələ" - 2:3), bir oyunda bir ("Keşlə" - "Zirə" - 0:1) və bir oyunda iki qol vurulub ("Qarabağ" - "Sumqayıt" - 2:0)