"Torpedo"nun futbolçusu millidə

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vüqar Məmmədi Moskvanın "Torpedo” klubunun yetirməsi Asif Mirzəyevi hazırlıq prosesinə cəlb edib.