"Tottenhem" darmadağınla 4-cü pilləyə yüksəldi
İngiltərə Premyer Liqasının 32-ci turunda "Tottenhem" səfərdə "Aston Villa"nı darmadağın edib.
Sportline.az xəbər verir ki, Birmingemdə keçirilən matçda London təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.
"Aston Villa" - "Tottenhem" - 0:4
Qollar: Son, 3, 66, 71, Kulusevski, 50
Bu qələbə ilə xalını 57-ə çatdıran "Tottenhem" turnir cədvəlində 4-cü pilləyə yüksəlib, "Aston Villa" 36 xalla 12-cidir. Siyahıya 73 xalla "Mançester Siti" başçılıq edir.