"Tottenhem" futbolçularından maraqlı addım
“Tottenhem” futbolçuları maraqlı qərara gəliblər.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “mahmızlar”ın oyunçuları “Nyukasl Yunayted”ə böyük hesablı məğlubiyyətin ardından azrkeşlərdən üzr istəyib və stadiona gələnlərin bilet pulunu geri qaytaracaqlarını bildiriblər.
Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın son görüşündə “Nyukasl Yunayted”ə 1:6 hesabı ilə məğlub olub.