“Tottenhem” klubu Kristian Romero ilə bağlı qərar verib
“Tottenhem” klubunun argentinalı futbolçusu Kristian Romero mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” klubunun rəhbərliyi Kristian Romeronu satmaq qərarına gəlib.
London klubunun nümayəndələri Romero üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Kristian Romeronun “Tottenhem” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.
26 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 qolla yadda qalıb.