"Tottenhem" müdafiəni gücləndirdi

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Suonsi Siti” dən Co Rodonu transfer edib. 22 yaşlı müdafiəçi ilə 2025-ci ilin yayınadək müddəti olan müqavilə imzalanıb.

London kubu bu keçidə görə 11 milyon funt sterlinq + 4 milyon bonus ödəyəcək.

Qeyd edək ki, Co Rodon Uels millisinin də üzvüdür.