"Tottenhem" növbəti mövsüm oyunlarını "Uembli"də keçirəcək
"Tottenhem" 2017/2018-ci il mövsümündə ev oyunlarını "Uembli" stadionunda keçirəcək.
SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, London klubu hazırda istifadə etdiyi "Uayt Hart Leyn" arenası ilə mövsümün sonunda vidalaşacaq. Hazırda stadionun yaxınlığında 61 min tamaşaçı tutumlu yeni arena inşa edilməkdədir. Yeni stadion növbəti mövsümədək hazır olmayacağı üçün "Tottenhem" rəqiblərini "Uembli"də qəbul edəcək.
Qeyd edək ki, mayın 14-ündə oynanılacaq "Tottenhem" - "Mançester Yunayted" matçı "Uayt Hart Leyn"də sonuncu oyun olacaq.