“Tottenhem”i “Mançester Yunayted”ə dəyişəcək
“Mançester Yunayted” klubu “Tottenhem”in cənubi koreyalı futbolçusu Son Hın Mini mövsümün sonunda heyətinə qatacaq.
Sportline.az insayder Stiv Betesin məlumatına istinadən xəbər verir ki, Son “Tottenhem”lə yeni müqavilə imzalamaq niyyətində deyil. Təcrübəli futbolçu “Mançester Yunayted”ə keçmək istəyir.
32 yaşlı futbolçunun “Tottenhem”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Son bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 4 qol və 4 asistlə yadda qalıb.