"Tottenhem"in çətin tapşırığı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, "Tottenhem" öz meydanında "Atletiko Madrid"lə qarşılaşacaq. İlk oyunda rəqibinə 5-2 hesabı ilə qalib gələn "Atletiko" bu görüşə daha rahat çıxacaq.

"Mahmızlar" isə heç şüphəsiz geri dönüş haqqında düşünür. London klubunda heyətlə bağlı ciddi problemlə var. Belə ki, İqor Tüdorun komandasında 12 futbolçu zədəlidir. Konor Qallaher, İvi Bissuma, Ceyms Meddison, Deyan Kulusevski, Ben Deyvis, Kristian Romero, Desti Udoqi, Joao Palinya, Lukas Berqvall, Rodriqo Bentankur, Mohammed Kuduz, Vilson Odobert komandasına kömək edə bilməyəcək.

"Atletiko"da isə Yan Oblak olmayacaq.

Qeyd edək ki, "Tottenhem" - "Atletiko Madrid" oyunu bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Qarşılaşma almaniyalı hakim Daniel Zibertə həvalə olunub.