"Tottenhem"in futbolçusu Bakıdan məmnun qalıb

"Şəhəri görmək çox xoş idi".

Sportline.az xəbər verir ki, bunu Avropa çempionatının A qrupunun oyunları üçün Bakıda olan Uels yığmasının futbolçusu Co Rodon jurnalistlərə açıqlamasında deyib.

İngiltərənin "Tottenhem" klubundan Britaniya təmsilçisinə çağırılan 24 yaşlı müdafiəçi Azərbaycan paytaxtını çox bəyəndiyini söyləyib: "Bakı müasir, gözəl şəhərdir. Biz yerli küçələrlə gəzməyi çox xoşlayırdıq".

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də Bakı Olimpiya Stadionunda İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci oyununu iyunun 16-də Türkiyəyə qarşı keçirəcək.