"Tottenhem"in Harri Keynlə bağlı planları bəlli oldu

"Tottenhem Hotspur"un hücumçusu Harri Keynin gələcək taleyinə aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, iş yerini dəyişəcəyi ilə bağlı informasiyalar dolaşan ingilis forvardla bağlı son məlumatı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb.

Mənbə təkliflərə rəğmən, Keynin satılmayacağını, "Tottenhem"in onu istəyən klubların heç biri ilə danışıq aparmadığını vurğulayıb. Xəbərə görə, Hotspur təmsilçisi Harri ilə müqavilə yeniləməyi planlaşdırır.

Qeyd edək ki, Keynin klubu ilə olan indiki müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdir. Ötən mövsüm bütün turnirlərdə 50 matça çıxan İngiltərə millisinin üzvü 27 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.