“Tottenhem”in Son qərarı

“Tottenhem”in cənubi koreyalı futbolçusu Son Hın Min klubla yeni müqavilə imalayacağı açıqlanıb.

Sportline.az “Telegraph” qəzetinə istinadən xəbər verir ki, “Tottenhem” 32 yaşlı futbolçuya 3 illik yeni müqavilə təklif edib.

Son Hın Min bu təklifə müsbət yanaşdığı bildirilir. Həmçinin təcrübəli futbolçunun maaşında artım olacağı qeyd olunur.

Son 2015-ci ildən “Tottenhem”də çıxış edir.

“Mahmızlar”da 417 görüşdə iştirak edən Son rəqib qapılarından 165 top keçirib.

Qeyd edək ki, Son Hın Minin hazır ki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.