Totti 20 illik arvadından ayrıldı
"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti həyat yoldaşı italiyalı teleaparıcı İlari Blasi ilə ayrılıb.
Sportline.az "ANSA"ya istinadən xəbər verir ki, bu barədə İ.Blasi məlumat verib. O, 20 illik evliliyinin bitdiyini açıqlayıb.
Məlumatı Totti də təsdiqləyib: "Evliliyimdəki problemi aradan qaldırmağa çalışdım. Amma bu gün anlayıram ki, ayrılıq seçimi ağrılı olsa da, qaçılmazdır".
Qeyd edək ki, Totti və Blasinin üç övladı var.