"Trabzonspor" argentinalı ulduzu transfer etmək istəyir

"Trabzonspor" argentinalı ulduzu transfer etmək istəyir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "bordo-mavilər" mövsüm sonunda "Sevilya" klubu ilə müqavilə başa çatan Erik Lamelanın transferində maraqlıdırlar. 

"Trabzonspor" klubu 32 yaşlı argentinalı udluz futbolçu üçün təklif göndərməyə hazırlaşır.Argentina millisinin də şərəfini qoruyan yarımmüdafiəçi bu mövsüm çıxdığı 16 oyunda 2 qol, 1 asistlə yadda qalıb. 

Qeyd edək ki, Erik Lamela əsas heyətdə yer ala biləcəyi komandada çıxış edə bilmək üçün İspaniya klubundan ayrılmaq istəyir.