"Trabzonspor" ingiltərəli müdafiəçi üçün Şotlandiya klubu ilə danışıqlara başlayıb
"Trabzonspor" ingiltərəli müdafiəçi üçün Şotlandiya klubu ilə danışıqlara başlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qaradənizlilər" "Qlasqou Rencers" klubunun təcrübəli müdafiəçisi Con Lundstram üçün təklif göndərəcəklər.
3 ay sonra müqaviləsi başa çatacaq olan Lundştamın komandadan ayrılmasını istəməyən "Qalsqou Rencers" futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır. "Trabzonspro" isə Şotlandiya klubunun təklifinin 2 qatını verəcəyini bildirib.
Qeyd edək ki, Con Lundstram bu mövsüm "Qlasqou Rencers"lə çıxdığı 45 oyunda 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.