"Trabzonspor" klubu ispaniyalı yarımmüdafiəçinin cavabını gözləyir
"Trabzonspor" klubu ispaniyalı yarımmüdafiəçinin cavabını gözləyir.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "Qaradənizlilər" hazırda "Sevilya" klubunda çıxış edən 29 yaşlı Oliver Torresdən keçid üçün mübət cavab gözləyirlər.
Təcrübəli yarımmüdafiəçinin İspaniya klubu ilə müqavilə mövsüm sonunda başa çatacaq. Oliver Torres "Sevilya" klubundan yeni təkli almayacağı təqdirdə "Trabzonspor"la razılıq əldə edəcək.
Qeyd edək ki, Oliver Torres bu mövsüm çıxdığı 33 oyunda cəmi 2 asistlə yadda qalıb.