"Trabzonspor" Macarıstan millisinin futbolçusu üçün hərəkətə keçib

Macarıstanlı müdafiəçi Atilla Salai 1 il sonra Türkiyəyə geri dönə bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 26 yaşlı oyunçunun xidmətində "Trabzonspor" maraqlıdır.

Qaradəniz təmsilçisi Salaini icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə "Fənərbağça"nın formasını geyinən Atilla Salai 2023-cü ildə "Hoffenhaym" klubuna 12.3 milyon avroya transfer olunub.