Trabzonspor Macarıstana yollanıb

"Trabzonspor" yeni mövsümün öncəsi keçirəcəyi hazırlıqlar üçün Macarıstana yollanıb.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidmədi məlumat yayıb.

Qaradəniz təmsilçisi iyulun 14-nə kimi paytaxt Budapeştdə 2 yoldaşlıq oyunu keçirəcək.

Komanda iyulun 10-də  "Szeged Csanad" (Macarıstan)  ilə, iyulun 14-də isə "Zeleznicar Pancevo" (Serbiya) ilə oynayacaq.

Qeyd edək ki, gələn mövsüm Avropa Liqasında çıxış edəcək Trabzonsporun 2-ci təsnifat mərhələsindəki rəqibi "Tobol"- "Ruzomberok" cütünün qalibi olacaq.