"Trabzonspor"da müdafiəyə daha bir namizəd

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Trabzonspor' heyətini müdafiəçi ilə gücləndirmək istəyir. 

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Qaradəniz təmsilçisi bir dönəm "Fənərbağça"da çıxış edən və karyerasını "Hoffenhaym"da davam etdirən Atilla Salai ilə danışıqlar aparır.

“Milliyet” qəzetində yer alan xəbərdə bu transferin qısa zamanda yekunlaşma ehtimalının yüksək olduğu bildirilib.

Bundan əlavə "Trabzonspor"un daha bir müdafiəçini siyahısına alıdığı vurğulanır.Bu oyunçu "Ajaccio'da çıxış edən Tim Folkarellidir.

Fransalı müdafiəçi ötən mövsüm 34 oyunda 3 qol və 5 asistlə çıxış edib.