"Trabzonspor"dan xal itkisi

Türkiyə Super Liqasında 33-cü tura start verilib.
 
Sportline.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
 
“Göztəpə” doğma meydanda “Rizəspor”a 2:0 hesabı ilə qalib gəlib. “Fatih Karagümrük” isə “Hatayspor”u minimal hesabla məğlub edib - 1:0.
 
“Trabzonspor” isə utsayderlər sırasında yer alan “Kayserispor”u qəbul edib və 1:1 hesablı bərabərə qalıb.

6 aprel
 
"Göztəpə" – "Rizəspor" - 2:0
Qollar
: Akbunar, 56, Ndiaye, 78
 
"Fatih Karagümrük" – "Hatayspor" - 1:0
Qol:
 Sobiex, 70
 
"Trabzonspor" – "Kayserispor" - 1:1
Qollar
: Bakasetas, 29 – M.Çelik, 6

Qeyd edək ki, turnir cədvəlinə 64 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" 62 xalla 2-ci, "Qalatasaray" 61 xalla 3-cü, "Trabzonspor" isə 57 xalla 4-cüdür.