"Trabzonspor"un futbolçusu La Liqa klubunun hədəfində
"Trabzonspor"un belçikalı futbolçusu Toma Mönye La Liqa klubunun radarına düşüb.
Sportline.az xəbər verir ki, transfer çalışmalarına start verən "Atletiko Madrid" 32 yaşlı müdafiəçini öz siyahısına daxil edib.
İspaniya klubunun növbəti günlərdə "Trabzonspor"a rəsmi təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, Toma Mönye bu mövsüm "Trabzonspor" ilə çıxdığı 16 oyunda 1 qol vurub, 6 asist edib.O, qış transfer pəncərəsində "Borussiya Dortmund"dan heyətə cəlb olunmuşdu.